Türkiyə Ermənistana hava məkanını açdı

 19:21 06.01.2023     332

Türkiyə Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.

Türkiyə“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib.

O, hava yolu ilə yükdaşımaların bərpasının iyulda iki ölkənin xüsusi nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmalardan biri olduğunu xatırladıb.

“Biz, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşmanın da yaxın zamanlarda icra olunacağını gözləyirik”, - Ermənistan XİN rəsmisi qeyd edib.tÜRKİY