Molla rejimin kadrları da mövcud duruma etiraz edir - VİDEO
İranda aylardır davam edən xalq etirazları fonunda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi, o cümlədən inflyasiyanın sürətli artımı ölkədə ümumi vəziyyətin daha dramatik xarakter almasına səbəb olub.
Redaktor.az xəbər verir ki, İran rəhbərliyi baş verənləri adekvat dərk etməkdən, etirazların həqiqi siyasi-iqtisadi və sosial-psixoloji səbəblərini anlamaqdan çox uzaqdır. Bununla belə rejimin öz kadrları arasında nisbətən real düşünənlər əhali ilə top-tüfənglə danışmağın, o cümlədən etirazçı kütləni qorxutmaq üçün edamlara əl atmağın, eləcə də hadisələrin məsuliyyətini hansısa xarici qüvvələrin üzərinə qoymağın mövcud problemləri həll etməyəcəyini yaxşı başa düşürlər. Və bu kontekstdə də hakimiyyətin yürütdüyü siyasətə etiraz və tənqidlərini getdikcə daha açıq və sərt formada bildirirlər.
Bunun son nümunələrindən biri kimi Ayətullah Seyid Hüseyn Musəvi Təbrizinin bəzi məqamları baxımından sensasiya sayıla biləcək açıqlamalarını göstərmək olar. Ölkənin keçmiş baş prokuroru, Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan bu müctəhid yanvarın 4-də “Cəmaran” saytına verdiyi müsahibədə hakimiyyətin yanlış daxili və xarici siyasəti nəticəsində İran cəmiyyətinin düşdüyü fəlakətli durumdan bəhs edib.
Daha ətraflı “Azad İran”ın “YouTube” kanalının süjetində: