Macarıstanda terrorçuluqda şübhəli bilinən Belçika vətəndaşı saxlanıldı

 21:26 06.01.2023     328

Macarıstan polisi terror fəaliyyətində iştirakda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş Belçika vətəndaşını saxlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Budapeştin Baş Polis İdarəsi məlumat yayıb.

Belçikalı 29 yaşlı qadın Nepliget avtovağzalının ərazisində tutulub.

Hazırda Macarıstanda onun ekstradisiyası məsələsinə baxılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən