“Dünyada heç bir hökmdarın mütləq səlahiyyəti yoxdur” - İranlı imam

 23:59 06.01.2023     421

“Dünyada heç bir hökmdarın mütləq səlahiyyəti yoxdur”.

Redaktor.az xəbər verir ki, bu sözləri İranın Zahedan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid deyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Əhli-sünnə cümə imamı Mövləvi Əbdülhəmid İsmailzehi İran rejimini son hadisələrə görə cavab verməyə çağırıb. “Hökmdar onu seçən və ya ona səs verən millət və ya hökumət sistemi qarşısında hesabat verməlidir. Dünyada heç bir hökmdarın mütləq səlahiyyəti yoxdur”, - deyə o qeyd edib.