Türkiyədə avtobus aşdı - 5 ölü, 23 yaralı

 09:10 07.01.2023     359

Türkiyənin Diyarbakır vilayətində sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə saat 03:00 radələrində Diyarbakır-Silvan yolunda qeydə alınıb.

Qəza nəticəsində 23 nəfər yaralanıb, 5 nəfər ölüb. Həlak olanlardan birinin azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.