Şagird dərsdə müəllimi güllələdi

 09:25 07.01.2023     324

ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində da altı yaşlı uşaq ibtidai sinif müəllimini güllələyib, uşaq polis tərəfindən saxlanılıb.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, şagirdlə müəllim arasında mübahisə olub, bundan sonra şagird bir dəfə atəş açıb.

Polis rəisinin sözlərinə görə, xəsarət alan müəllimin vəziyyəti ağırdır və onun aldığı xəsarət həyati təhlükəsi hesab olunur.

Lakin son məlumatlara görə, müəllimin səhhətində müəyyən yaxşılaşma müşahidə olunub.

Həmidə İbrahimova