Avropa İttifaqı NATO ilə bəyannamə imzalayacaq
Yanvarın 10-da Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında əməkdaşlıq haqqında üçüncü birgə bəyannamə imzalanacaq.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, imzalanma NATO-nun mənzil-qərargahında baş tutacaq. İmzalanmanın nəticəsi olaraq NATO və Aİ qurumlarının rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
Aİ-NATO birgə bəyannaməsi hələ 2021-ci ildə imzalanmalı idi, lakin imzalanma naməlum səbəblərdən ləngimişdi.
Maraqlıdır ki, Avropanın yeni müdafiə proqramı “Strateji Kompas” Aİ-nin çevik reaksiya qüvvələrinin yaradılmasını nəzərdə tutur. Eyni zamanda, Aİ nümayəndələri NATO-nun Avropanın təhlükəsizliyini təmin edən əsas təşkilat olaraq qaldığını vurğulayırlar.