Almaniyada 2000 qaçqın uşaq itkin düşüb

 10:47 07.01.2023     174

Almaniyada itən qaçqın uşaqların sayının son dövrlərin ən yüksək həddə çatdığı bildirilir.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Alman Uşaqlara Yardım Fondu Federal Kriminal Polis İdarəsindən əldə edilən məlumatlara görə, Almaniyaya müşayiətsiz qaçqın olaraq gələn 2009 uşaq və gəncdən xəbər yoxdur.

Qeyd olunur ki, ötən ilin əvvəlindən itkilərin sayı 10 faiz artıb. İtkin düşən uşaqların əksəriyyətinin 14-17 yaş arasında oğlanların olduğu deyilir.

Məlumata görə, uşaqların gəldiyi ölkələrin siyahısına Əfqanıstan, Mərakeş, Əlcəzair və Suriya daxildir.

Həmidə İbrahimova