İran Araz çayından yeni su kəmərinin çəkilişinə başladı
İran Araz çayından şimal-qərbdəki şəhər və sənaye bölgələrinə su tədarükü ilə bağlı layihənin icrasına başlayıb.
Redaktor.az bu barədə ILNA agentliyinə istinadən xəbər verir.
Məlumata görə, layihənin icrasına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın sərhəddindən 20 km məsafədə yerləşən Zal kəndindən boru kəmərinin çəkilişi ilə start verilib.
Layihəyə əsasən 2026-cı ilə qədər Şərqi Azərbaycan əyalətinin paytaxtı və İranın altıncı ən böyük şəhəri Təbrizdə, həmçinin onun ətrafında yerləşən şəhər və kəndlərdə yaşayan 1,75 milyon insanın su ilə təmin edilməsi planlaşdırılır.