Finlandiya Ukraynaya Leopard tanklarını təhvil verməyə hazırdır - Lakin şərti var...
Finlandiya özünün “Leopard 2” tanklarının bir hissəsini Ukraynaya göndərməyə hazırdır. Lakin digər Avropa dövlətləri də belə qərar verməlidir, Helsinki də sonra onlara qoşulacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri Finlandiya Müdafiə Komitəsinin rəhbəri Antti Hakkanen "MTV Uutis"ə verdiyi şərhdə deyib.
"Avropa birdən-birə Ukraynaya iri miqyasda tanklar verməyə başlasa, Finlandiya bunun bir parçası olmalıdır. Təbii ki, öz kiçik töhfəmizlə, çünki bizim üçün Rusiya ilə həmsərhəd ölkə olaraq öz müdafiə qabiliyyətimiz həmişə prioritet.",- o, əlavə edib
Hakkanenin sözlərinə görə, bir çox Avropa ölkələrinin Ukraynaya hərbi texnika vermək imkanları Finlandiyadan daha çoxdur. Müdafiə Komitəsinin rəhbəri həmçinin Silahlı Qüvvələrə “Bradley” və “Marder” piyada döyüş maşınlarının, eləcə də yüngül tankların göndərilməsi ilə bağlı qərarın əhəmiyyətini vurğulayıb. Bu avadanlıq müvafiq olaraq ABŞ, Almaniya və Fransa tərəfindən tədarük ediləcək.
Tunar Altunba