Yaponiyada COVID-19-a yoluxanların sayı 30 milyonu ötdü

 11:52 07.01.2023     263

Yaponiyada COVID-19 epidemiyası başlayandan bəri qeydə alınan yoluxma halların sayı 30 milyonu ötüb.

Redaktor.az “TRT HABER”ə istinadla xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkə daxilində COVID-19-a yoluxma və ölüm hallarının sayını yeniləyib.

Müvafiq olaraq, 2022-ci ilin sentyabrında 20 milyonu keçən epidemiya halları son 24 saat ərzində 30 milyonu keçib.

Qeyd olunur ki, 2022-ci ilin dekabr ayında Yaponiyada epidemiyadan 7688 nəfər ölüb. Bu, ən yüksək aylıq göstərici kimi qeydə alınıb.

Məlumata görə, ölkə əhalisinin təxminən 25 faizinin COVID-19-a yoluxduğu təxmin edilir.

Hazırda ölkə üzrə 659 nəfər reanimasiya şöbələrində virusdan müalicə alır.

Xatırladaq ki, Şərqi Asiya ölkəsi Yaponiyada ilk COVID-19 hadisəsi 2020-ci ilin yanvarında qeydə alınıb.

Həmidə İbrahimova