ABŞ-dakı müxalifətin nəzarətində olan Venesuela səfirliyi bağlandı

 12:43 07.01.2023     306

Venesuela müxalifətinin nümayəndələri bildiriblər ki, respublikanın Vaşinqtonda onların nəzarətində olan səfirliyi fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İctimaiyyəti məlumatlandırırıq ki, Venesuelanın ABŞ-dakı səfirliyi və onun bütün əməkdaşları 5 yanvar 2023-cü il, cümə axşamı günü fəaliyyətini rəsmən dayandıracaq”.

2019-cu ilin may ayında Venesuela müxalifəti respublikanın ABŞ-dakı səfirliyinə nəzarəti ələ aldığını elan ediB.

Bildirişdə qərarın Venesuela müxalifət assambleyasının deputatlarının cümə axşamı spiker vəzifəsinə yeni müavinin təyin edilməsinə səs verməsi fonunda verildiyi aydınlaşdırılır. Müxalifət lideri Xuan Quaydo 2019-cu ildən bəri vəzifəsini icra etdiyi “parlament”in sədri vəzifəsini artıq icra etməyəcək. "Biz bu qərarın ABŞ-dakı Venesuela vətəndaşlarına təsir göstərə biləcəyinə görə dərindən təəssüflənirik", - deyə bildirişdə deyilir.

Qeyd edək ki, respublikadakı böhran 2019-cu ildə müxalifət Milli Assambleyasının hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi 2018-ci il prezident seçkilərinin nəticələrini tanımaması ilə kəskinləşib. Nəticədə parlament elan edib ki, qanuni dövlət başçısı olmadığı halda, Maduronun prezidentlik müddəti 2019-cu il yanvarın 23-də başa çatdıqdan sonra onun səlahiyyətlərini o vaxt Quaydo olan qanunvericilik məclisinin spikeri icra edəcək. Onu ABŞ, Aİ ölkələrinin əksəriyyəti, həmçinin Latın Amerikasının bəzi dövlətləri tanıyıb.

Tunar Altunbay