İranda neft-qaz şirkətində atışma oldu
![](https://img.redaktor.az/news/2023/01/photo_190807.jpg)
İranın Gəçsaran neft-qaz şirkətində atışma olub.
Redaktor.az xəbər verir ki, şirkətin müqavilə ilə çalışan əməkdaşlarından biri şirkət işçilərinə odlu silahdan atəş açıb.
Açılan atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Silahlı şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb (apa).