Xamenei etrazçıların qənimini komandan təyin etdi

 14:47 07.01.2023     460

General Əhmədrza Radan İran Hüquq-Mühafizə Qüvvələrinin yeni baş komandanı təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Seyid Əli Xameneinin tviter səhifəsində məlumat yayılıb.

O, bu postda briqada generalı Hüseyn Əştərini əvəzləyib.

Ali rəhbər yeni komandana polis təşkilatının imkanlarının təkmilləşdirilməsini, əməkdaşların ləyaqətinin qorunmasını və müxtəlif təhlükəsizlik sahələri üçün ixtisaslaşmış polislərin hazırlanmasını başlıca tövsiyə olaraq vurğulayıb. Xamenei qeyd edib ki, dövlətin müxtəlif qurumlarının hüquq-mühafizə orqanı ilə əməkdaşlıq etməsi gözlənilir.

Qeyd edək ki, Ə.Radan bundan əvvəl İran Hüquq-Mühafizə Qüvvələrinin baş komandanının müavini, Tehran, Sistan-Bəlucistan və Xorasan əyalətlərinin polis idarələrinin rəisi işləyib. İran-İraq müharibəsində İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən olub. Müharibədə 4 dəfə yaralanıb.

General Radan İranda son aylar baş verən etirazlar iştirakçıların həbs edilib dəhşətli işgəncələrlə cəzalanlandırılmasında xüsusi fəallıq göstərib.

Bu səbəbdən ABŞ Ə.Radanı İran vətəndaşlarına və ya onların ailə üzvlərinə qarşı ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan şəxs olaraq elan edib.

Tunar Altunbay