Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini AÇIQLADI

 15:26 07.01.2023     431

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Antalyadakı yanğından sonra zərər çəkən Manaşavqat sakinlərinə tikilən yeni evlərin açılışında bildirib.

Ərdoğan Prezident seçkiləri mövzusuna da toxunub: “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”.