Türkiyənin Baş Konsulluğuna hücuma görə 2 nəfər saxlanıldı
![](https://img.redaktor.az/news/2023/01/photo_190820.jpg)
Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov kokteyli” ilə hücum edilib.
Redaktor.az Fransanın BFM TV telekanalına istinadən xəbər verir ki, hadisə Marseldə baş verib.
Türkiyə Baş Konsulluğuna hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb, daha 2 nəfərin axtarışı davam etdirilir.
Həmin şəxslərin kürd əsilli olduğu məlumdur.
Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.
Zərərçəkənlər barədə məlumat verilməyib.