Yunanıstan Türkiyə ilə sərhədlərini hasarlayacaq

 18:03 07.01.2023     369

Yunanıstan sərhəd boyunca hasar çəkəcək və özünü Türkiyədən təcrid edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə yerli vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos bildirib.

Qeyd olunur ki, Yunanıstanın Xarici İşlər və Müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca sədd çəkməyi qərara alıb. Onun uzunluğu təxminən 180 kilometr olacaq.

Nazir deyib ki, mərkəzi hissədə hasarın ilk 35 kilometrinin tikintisinə dərhal başlanacaq və bu iş üçün ayrılan büdcə 100 milyon avro təşkil edəcək.