Zelenski 13 keşişi ölkədən qovdu
Ukrayna prezidenti Volodimir Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin bəzi keşişlərinin vətəndaşlığını dayandırıb.
Redaktor.az UNİAN-a istinadla bildirir ki, söhbət 13 din xadimindən gedir.
Belə ki, Ukrayna dövlətinin başçısı 28 dekabr 2022-ci il tarixli 898/2022 saylı fərmanı ilə UOC-MP-nin bir sıra keşişlərinin vətəndaşlığını dayandırıb. Eyni zamanda, bəzi şəxsi məlumatlara görə, fərman rəsmi olaraq ictimaiyyətə açıqlanmayıb.
Onlardan Vətənə xəyanətdə şübhəli bilinən Tulçinski və Bratslav Mitropoliti Conatanın Rusiya pasportu var.
Bildirilir ki, artıq həmin şəxslərin vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat verilib. Onların yaxın günlərdə deportasiyası gözlənilir.
Tunar Altunbay