Zelenski bir sıra rus sənətçilərinə qarşı sanksiyalar tətbiq etdi - Kirkorov, Qalustyan və Yakuboviç...

 20:56 07.01.2023     370

Yanvarın 7-də Ukrayna Rusiya Federasiyasının bir sıra sənətçilərinə qarşı 10 il müddətinə yeni sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, sanksiyaya məruz qalan şəxslərin Ukraynadakı aktivləri bloklanacaq. Bundan əlavə, onlarla ticarət əməliyyatları dayandırılacaq, bütün lisenziyalar və ya icazələr ləğv ediləcək, qiymətli kağızlarla əməliyyatlar və müəllif hüquqlarının ötürülməsi qadağan ediləcək.

Sanksiyalar tətbiq edilənlərin arasında vaxtilə Zelenskinin eyni səhnəni paylaşdığı, eyni filmdə pynadığı Kirkorov, Qalustyan və Yakuboviç kimi məşhurlar da var. 

Tunar Altunbay