Fransada "Sarı jiletlilər" inflyasiyaya qarşı etiraz aksiyası keçirdi

 21:26 07.01.2023     358

Fransanın paytaxtı Parisdə inflyasiyaya qarşı “Sarı jiletlilər”in etirazları başlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayişdə minlərlə insan iştirak edir.

Onların hamısı ölkədə inflyasiyanın artmasından, pensiya islahatlarından narazıdırlar.

Hərəkatın tərəfdarlarından biri deyib ki, Fransada yoxsullar sıxıntı içindədir, onlar müalicə, keyfiyyətli yemək və elektrik haqqını ödəyə bilmirlər.