Avropa Parlamentinin sədri "Leopard" tanklarını Ukraynaya köçürməyə çağırdı
Avropa Parlamentinin sədri Roberta Metsola Almaniyanın “Marder” tanklarını Ukraynaya təhvil vermə qərarına müsbət reaksiya verib.
Redaktor.az xəbər verir ki, "Tagesschau" ilə müsahibədə o, Rusiya Federasiyasının təcavüzündən qorunmaq üçün "Leopard" tanklarının tədarükünü də dəstəkləyib.
Metsola vurğulayıb ki, Ukraynaya hərbi dəstəyin davam etdirilməsi vacibdir, çünki Rusiya Avropanın Kiyevdən üz döndərməsini istəyir.
"Buna yol vermək olmaz. Avropanın ukraynalıları siyasi, humanitar və hərbi cəhətdən dəstəkləməyə davam etməsi vacibdir. Lakin Avropanın öz müdafiə qüvvələrini gücləndirməsi və əsl müdafiə ittifaqına çevrilməsi də vacibdir", - Metsola əlavə edib.
Tunar Altunbay