Ermənistan qadınları orduya cəlb etmək istəyir
Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq müvəqqəti hərbi xidmətə cəlb edilməsi məsələsini müzakirə edir.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın "Pastinfo" nəşri məlumat yayıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib və qeyd edib ki, hazırda başqa təfərrüatları açıqlaya bilmir.
Qeyd edək ki, Ermənistan hökuməti silahlı qüvvələrdə nəzərdə tutulan islahatlar çərçivəsində qadınların könüllü olaraq müvəqqəti hərbi xidmətə getməsi məsələsini gündəmə gətirib.