Ermənistand altı nəfər maşında yandı

 23:15 07.01.2023     354

Ermənistanın Gegarkunik vilayətində baş verən ağır yol qəzasında altı nəfər yanaraq ölüb.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Getaşen-Xocavənd yolunda baş verib.

Belə ki, “Opel” markalı avtomobili “VAZ 21072” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobil yanıb. Qeyd olunub ki, yanğında altı nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.