Ukraynada son sutkada 430 işğalçı  MƏHV EDİLDİ- FOTO

 10:42 08.01.2023     348

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 111170 (+430) nəfər canlı qüvvəsi, 3069 (+3) tank, 6130 (+5) ədəd zirehli döyüş maşını, 2065 (+3) ədəd artileriya sistemi, 431 (+0) reaktiv yaylım atəşi sistemi, 217 (+0) hava hücumundan müdafiə sistemi, 285 (+0) təyyarə, 272 helikopter, 1849 (+5) PUA, 723 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4801 (+ 3) avtomobil texnikası və avtosistern, 182 (+0) xüsusi texnikası məhv edilib.

Turnar Altunbay

 

 

2