Rusiyada təyyarə sərnişinləri qorxulu anlar yaşadı

 10:48 08.01.2023     369

Rusiyada təyyarə uçuş-enmə zolağından kənara çıxıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hadisə Perm diyarında baş verib.

"Bolşoe Savino" hava limanında təyyarə uçuşun başlanğıcında uçuş-enmə zolağından çıxıb.

183 sərnişin və ekipajdan üzvlərindən xəsarət alan olmayıb. Hazırda hava limanı uçuşların qəbulu və buraxılması üçün bağlanıb.

Hadisənin səbəbləri araşdırılır.