Bayden yenə namizəd olacaq
ABŞ-ın hazırkı prezidenti Co Bayden növbəti prezident seçkilərində yenidən namizəd olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
Bildirilib ki, Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçimləri ilə bağlı seçki kampaniyası üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, Co Bayden 2020-ci ildə ABŞ-da keçirilən son prezident seçkilərində qalib gəlib və 2021-ci ilin yanvarından səlahiyyətlərinin icrasına başlayıb. Onun prezidentlik müddəti 2024-cü ildə başa çatacaq.