Ruslar BMT missiyasını atəşə tutdu

 12:48 08.01.2023     405

Rusiya qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasına atəş açıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Unian" agentliyi məlumat yayıb.

Hadisə Ukraynanın Zaporojye vilayəti ərazisində baş verib.

Bildirilib ki, missiya nümayəndələrinin ərazidə olduğu dövrdə atəş açılmaması barədə razılığın əldə olunmasına baxmayaraq, Rusiya qüvvələri humanitar yardım çatdıran BMT rəsmilərini atəşə tutub.

Xəsarət alan və ya həyatını itirənlərin olub-olmaması barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.