Ermənistanda Rusiya əleyhinə aksiya keçirildi
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının qarşısında aksiya keçirilib.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, polis aksiyaçıların hərbi bazaya yaxınlaşmasının qarşısını alıb.
Aksiyanın təşkilatçısının "Bever" radikal siyasi bloku olduğu deyilir. Onlar paytaxt İrəvandan Gümrüyə gələrək Laçın dəhlizindəki vəziyyətlə bağlı Rusiyaya etirazlarını bildiriblər.
Saxlanılan şəxslərlə bağlı məlumat yoxdur.