Çinə gələnlərə qoyulan qadağa aradan qaldırıldı

Çin yanvarın 8-dən koronavirusla mübarizə çərçivəsində ölkəyə girişə qoyulan əsas məhdudiyyətləri aradan qaldırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Xaricə səyahət edənlərdən hələ də 48 saat əvvəl COVID-19 testindən keçmələri tələb olunur, lakin Çinə gəldikdən sonra artıq karantin tələb olunmayacaq.
"South China Morning Post"un məlumatına görə, nəzarət-buraxılış məntəqələrinin sayı artırılıb: onlardan üçü pandemiya zamanı fəaliyyətini davam etdirib, əlavə olaraq daha dörd keçid məntəqəsi açılıb. Gələcəkdə daha 7 nəzarət-buraxılış məntəqəsinin açılması planlaşdırılır.