Şahzadə Harri atasının tacqoyma mərasiminə çağırılmayacaq

 15:03 08.01.2023     350

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Harri atası kral Çarlzın tacqoyma mərasiminə çağırılmayacaq.

Redaktor.az "Mail Online"a istinadən xəbər verir ki, onun adı mərasimə dəvətlilər siyahısından çıxarılıb.

Buna səbəbin Harrinin qələmə aldığı memuarda ailə sirrlərini açması və qardaşı Uilyamdan bəhs edən hissədə yazdıqları olduğu bildirilir.

Qeyd edək ki, Harri memuarında qardaşı ilə həyat yoldaşına görə əlbəyaxa dalaşdıqlarını yazmışdı.

 

 

2