Yük maşını İstanbulda böyük tıxac yaratdı

 17:07 08.01.2023     339

Türkiyənin Kocaeli vilayətində yol qəzası baş verib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə vilayətin Körfez rayonunda qeydə alınıb.

Belə ki, daş daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil aşıb.

Daşlar yola səpələnib. Bu səbəbdən İstanbul istiqamətində nəqliyyat vasitələrinin hərəkətində problem yaşanıb. Yol bağlayan yük maşınının sürücüsü xəsarət alıb və dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır və qəzanın fəsadları aradan qaldırılır.