Silahlılar stansiyadan 30 nəfəri oğurladı
Nigeriyanın cənubunda yerləşən Edo əyalətindəki qatar stansiyasında silahlı şəxslər mülki insanlara hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, sərnişinlər stansiyada qatar gözləyərkən silahlı şəxslər onlara atəşə açıblar. Bildirilir ki, AK-47 avtomatları ilə silahlanmış şəxslər 30-dan çox adamı oğurlayıblar.
Oğurlanan şəxslərin tapılması üçün axtarışlar aparılır.