Braziliya Prezidenti təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO

 00:34 09.01.2023     432

Braziliya Prezidenti Lulu da Silva ölkə paytaxtının mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə yanvarın 8-də yerli KİV məlumat yayıb.

Hazırda Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir. Hadisənin videosu sosial şəbəkədə yayılıb.

Etirazların dinc keçəcəyi ehtimal edilirdi. Lakin etirazlar hökumət binalarının kütləvi şəkildə ələ keçirilməsinə çevrilib. Polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar paytaxtda parlamentin binasına soxulublar.

Etirazçılar Prezident da Silvanın istefasını tələb edirlər.