Putin işğal etdiyi torpaqları qaytarmayacaq
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Pentaqonun keçmiş rəhbəri Robert Qeyts “Vashinqton Post” qəzetində dərc olunmuş birgə məqalədə oxşar fikir bildiriblər.
Redaktor.az xəbər verir ki, məqalə “Zaman Ukraynanın tərəfində deyil” başlığı ilə dərc edilib.
Onların fikrincə, prezident Vladimir Putin Rusiyanın Ukrayna ilə müharibədə uduzmasına imkan verməyəcək.
Məqalə müəllifləri hesab edirlər ki, Rusiya lideri gələcəkdə Ukraynanın işğal olunmuş ərazilərindən Qərbə hücum üçün tramplin kimi istifadə etmək niyyətindədir.
Kondoliza Rays və Robert Qeyts Ukraynaya silah, o cümlədən mobil zirehli maşınların tədarükündə yardımın davam etdirilməsini zəruri hesab edirlər. Onlar iddia edirlər ki, hazırkı şəraitdə istənilən atəşkəs razılaşması Rusiya qüvvələrini hazırlaşdıqdan sonra işğala davam etmək üçün güclü mövqeyə çıxara bilər.