İngiltərədə plastik çəngəl-bıçaq qadağan ediləcək

 13:14 09.01.2023     309

İngiltərədə plastik bıçaq, çəngəl, boşqab və qablar kimi birdəfəlik istifadə olunan əşyaların qadağan ediləcəyini hökumət təsdiqləyib.

Redaktor.az “BBC”ə istinadla xəbər verir ki, qadağanın nə vaxt qüvvəyə minəcəyi bəlli deyil.

Məlumata görə, ətraf mühit naziri Tereza Koffi deyib ki, bu addım gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edəcək.

Qeyd olunur ki, İngiltərədə hər il 1,1 milyard birdəfəlik boşqab və 4 milyarddan çox plastik çəngəl bıçaq  istifadə olunur.

Plastik tullantılar çox vaxt təbiətdə parçalanmır.

Qeyd edək ki, bu qadağa hazırda Şotlandiya və Uelsdə qüvvədədir.

Həmidə İbrahimova