Estoniya Rusiya mallarına əlavə qadağalar tətbiq edəcək
Estoniyada yanvarın 9-dan Rusiya mallarının idxalına əlavə qadağalar qüvvəyə minir.
Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə ölkənin Vergi və Gömrük Departamenti bildirib.
"Yanvarın 9-da Avropa İttifaqının Rusiya Federasiyasından gələn bir sıra istehlak mallarına tətbiq etdiyi sanksiyaların keçid dövrü başa çatır və bazar ertəsindən etibarən onların Avropa İttifaqına idxalı qadağan ediləcək",-deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, qadağan olunmuş mallara siqarlar, siqarillolar, siqaretlər; dəmir və polad məhsulları; kosmetika və saça qulluq məhsulları (məsələn, şampunlar), ağız baxımı məhsulları (məsələn, diş pastası, diş ipi), təraş avadanlığı, o cümlədən təraşdan əvvəl və sonra istifadə edilənlər; yuyucu və təmizləyici vasitələr (məsələn, sabun), müxtəlif plastik məhsullar: qablaşdırma materialları, borular, şlanqlar, tikinti materialları, müxtəlif kağız məhsulları, qadın və qadın geyimləri, ayaqqabı, alətlər daxildir.
Həmidə İbrahimova