“Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolu müharibə texnikalarını dəyişir” - Ərdoğan

 15:10 09.01.2023     191

“Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu və hazırda Liviyada həyata keçirdiyi missiya müharibə texnikalarını dəyişir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Nəsil Fırtına Haubitsalarının təqdimat mərasimində deyib.

O bildirib ki, Türkiyə PUA-ları dünya sıralamasında ilk yerlərdədir: “Haubitsalar isə gücümüzə güc qatacaq”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə müdafiə sənayesinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcək.

Dövlət başçısı qeyd edib ki, ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olub: “Bu, rekord göstəricidir. Müxtəlif layihələrimiz bundan sonra da davam edəcək. İstifadəyə verdiyimiz haubitsalar isə dosta güvən, düşmənə göz dağı olacaq”.