İsraildə Fələstin bayrağı qadağan edildi
İsrail milli təhlükəsizlik naziri Ben-Qvir Fələstin bayrağının asılmasını qadağan edib.
Redaktor.az xəbər verir ki, bu barədə nazir tvitter səhifəsində bildirib.
Ben-Qvir artıq bununla bağlı polisə tapşırıq verdiyini açıqlayıb.
Nazirin belə bir qərarı verməsinə səbəb kimi 40 ilini İsrail həbsxanalarında keçirmiş fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də azadlığa buraxılması və onun bayraqlarla qarşılanması göstərilir.