Çin də Rusiyadan üz döndərir

 18:08 09.01.2023     571

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Çin işğalçı ölkədən enerji asılılığını azaltmaq üçün özünün kömür hasilatını artırdığını və Avstraliya ilə əlaqələrini bərpa etdiyini bəyan edib.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, Rusiya kömürünün ixracı logistik çətinliklərlə çətinləşir və Avstraliya Rusiyanı kömür bazarından sıxışdırmağa qadirdir.

Hesabatda deyilir ki, 2023-cü ilin əvvəlində üç kommunal və bir polad şirkəti Avstraliya kömürünü sifariş etmək hüququ qazanıb. Bazar iştirakçıları digər şirkətlərin yaxın aylarda icazə alacağını gözləyirlər.

Qeyd olunub ki, vaxtında çatdırılma ilə bağlı problem yarandığı üçün Cənubi Koreya və Yaponiya Rusiya şirkətləri ilə müqavilələrdən imtina etməyə başlayıb.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Rusiya kömürünün idxalına qadağa qoyub.

25 avqust 2022-ci il tarixindən etibarən Rusiya kömürünün dəniz yolu ilə ixracı Aİ sanksiyaları səbəbindən faktiki olaraq dayandırılıb.

Turan İSMAYIL