Ukraynanın müharibə bölgəsində iki britaniyalı yoxa çıxdı
Ukrayna Milli Polisi Britaniyadan olan iki könüllünün Soledar şəhəri yaxınlığında itkin düşməsi barədə məlumat yayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, polis Soledar yaxınlığında yoxa çıxan iki könüllünü axtarır.
"Yanvarın 7-də saat 17:15 radələrində Baxmut polis şöbəsinə iki könüllünün - 28 və 48 yaşlı Britaniya vətəndaşlarının itkin düşməsi barədə məlumat daxil olub”, – polis Facebook-da bildirib.
Bildirilir ki, britaniyalı Endryu Beqşou və Kristofer Perri yanvarın 6-da yerli vaxtla saat 08:00-da Kramatorskdan ayrılaraq Soledara istiqamət alıb, sonra onlarla əlaqə kəsilib.
Kramatorsk və Soledar şəhərləri hazırda Ukraynanın nəzarəti altındadır.
Turan İSMAYIL