İranın Londondakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətinin ki nəfərin edam edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Bu gün mən İranın müvəqqəti işlər vəkilini keçən həftəsonu şahidi olduğumuz iyrənc edamları ən sərt şəkildə qınamaq üçün çağırdım”, - Kleverli deyib.