İranda “Traktor”un sabiq futbolçusuna ağır cəza verildi

 22:10 09.01.2023     297

Təbrizin “Traktor” klubunun sabiq futbolçusu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, buna onun İranda keçirilən kütləvi etirazlara dəstək verməsi səbəb olub. “Traktor”un 26 yaşlı keçmiş müdafiəçisi üç polis əməkdaşının qətlində iştirakda, habelə ictimai təhlükəsizliyi pozmaq və qanunsuz qruplaşmalara üzv olmaqda ittiham edilir.

Ümumilikdə, Azadani 10 ili şərti olmaqla 26 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın 16 ilini çəkəcək. 

Qeyd edək ki, daha əvvəl Əmir Azadaninin edam cəzasına məhkum edildiyini haqda xəbər yayılsa da, sonra İran hakimiyyəti bu məlumatı təkzib edib.