Ukrayna aviasiyası rusları 20 dəfə vurdu
Yanvarın 9-da Ukrayna aviasiyası rus qoşunlarının yerləşdiyi ərazilərə 17 zərbə endirib.
Redaktor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam hesabatında verdiyi məlumata görə, raket və artilleriya bölmələri işğalçıların bir komanda məntəqəsini və işğalçı canlı qüvvənin cəmləşdiyi bir ərazini vurub.
"Düşmən itki verməkdə davam edir. Belə ki, bu ilin ilk həftəsində Luqansk vilayətinin Lisiçansk şəhər xəstəxanasına 300-ə qədər yaralı işğalçı çatdırılıb",- məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, yanvarın 9-da ruslar Xarkova raket hücumu həyata keçirib və MLRS-dən, xüsusən də Donetsk, Nikolayev və Xerson vilayətlərinin mülki infrastrukturuna 10-a yaxın mərmi atıblar.
Baş Qərargah bütün Ukrayna ərazisində hava və raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edib: “Hava siqnallarına məhəl qoymayın”.
Tunar Altunbay