Rus əsirliyində "Azovstal"ın nə qədər müdafiəçisinin olduğu AÇIQLANDI
Azovstal Müdafiəçilərinin Ailələri Assosiasiyasının həmtəsisçisi Qalina Klempous bildirib ki, iki minə yaxın "Azovstal" müdafiəçisi hələ də Rusiya əsirliyindədir. Məhkumlar arasında kişilər və qadınlar da var.
Redaktor.az xəbər verir ki, Klemposun Espresso telekanalının efirində qeyd etdiyi kimi, son mübadilə zamanı Mariupolun 8 müdafiəçisi geri qayıdıb. Onların bəziləri Azovstalın müdafiəsində iştirak edib.
"Biz dəqiq rəqəmi açıqlaya bilmərik, çünki bu vəziyyətə təsir edə bilər. Hələ də iki minə yaxın "Azovstal" müdafiəçisi - qadın və kişilər əsirlikdədir", - o əlavə edib.
Klempos əsirlikdən qayıtdıqdan sonra bütün lazımi proseslərdən keçmək üçün nə qədər vaxt lazım olduğundan da danışıb.
"Bunlar kifayət qədər fərdi proseslərdir. Müəyyən prosedurlar üçün müəyyən vaxt təyin etmək mümkün deyil, hər şey sağlamlıq vəziyyətindən asılıdır. Ümumiyyətlə, ay yarım ərzində onları narahat etməmək məsləhətdir. Qohumların qayğısı ilə həkimlərin nəzarəti onara kömək edəcək. Bunlar fərdi anlardır, çünki Mariupolda çoxları yaralanıb, bir çox müdafiəçilərin əsirlikdə səhhətləri ağırlaşıb. Konkret tarixlərin adını çəkmək qeyri-realdır”.
Tunar Altunbay