Braziliyada iğtişaşlarda 12 jurnalist yaralandı

 21:56 09.01.2023     277

Braziliyada hökümət əleyhinə etiraz aksiyalarında azı 12 jurnalist odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi Braziliya Federal Dairəsinin Jurnalistlər İttifaqının yaydığı bəyanatda deyilir.

"Həmkarlar ittifaqı bütün mətbuat işçiləri ilə həmrəyliyini ifadə edir və Federal Dairənin hüquq-mühafizə orqanlarından bunun bir daha təkrarlanmaması üçün bütün mümkün tədbirləri görməyi xahiş edir", - təşkilatın bəyanatında deyilir.

Öz növbəsində həmkarlar ittifaqı media işçilərinə qarşı təzyiqlərə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün bütün qüvvələri cəlb edəcəyinə söz verib.

Jurnalist icmasının nümayəndələri həmçinin bildiriblər ki, qurbanlardan ən azı ikisi paytaxtda təhlükəsizliyi təmin etmək qanunla həvalə edilmiş Federal Dairənin hərbi polisinə müraciət edib, lakin onlara orada heç bir köməklik göstərilməyib.

Bundan əvvəl prezident Lula da Silva da təhlükəsizlik qüvvələrinin ictimai asayişin geniş miqyaslı pozulması ilə bağlı heç nə edə bilməyəcəyini bildirən hərbi polisi tənqid edib.

Tunar Altunbay