Braziliya müxalifətinin lideri ABŞ-da xəstəxanaya yerləşdirildi
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Amerikada xəstəxanaların birinə yerləşdirilib.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə öz mənbələrinə istinadən “Globo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda sabiq dövlət başçısı Orlandoda (Florida) “AdventHealth Celebration” xəstəxanasındadır.
Onun qarın nahiyəsində ağrılar mövcuddur. Jurnalistlərin fikrincə, eks-prezidentin problemləri 2018-ci ildə ona vurulan bıçaq yarası ola bilər. Ötən ilin əvvəlində siyasətçi bu problemə görə müalicə olunub.
Qeyd edək ki, yanvarın 8-də ötən ilin oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan Bolsonaronun tərəfdarları iğtişaş törədib. Onlar Milli Konqresin (parlament), prezident sarayının və Federal Ali Məhkəmənin binalarına soxulublar.
İlkin məlumatlara görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib. Onları dağıtmaq üçün təhlükəsizlik qüvvələri tüstü və gözyaşardıcı qaz qumbaralarından istifadə edib, 400-dən çox adam saxlanılıb.
Tunar Altunbay