İndoneziyada güclü zəlzələ oldu
İndoneziya sahillərində 7,6 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə yanvarın 9-da Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Seysmik hadisənin mənbəyi Banda dənizində 115 km dərinlikdə, Ambon şəhərindən 428 km və Maluku əyalətinin Tual şəhərindən 349 km aralıda yerləşib.
Bundan əvvəl, yanvarın 7-də Türkiyədə 5,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 2,5 milyon nəfər əhalisi olan İzmir şəhərindən 130 km şimal-qərbdə yerləşib.
Turan İSMAYIL