NASA-nın işləməyən peyki Yerə düşdü
NASA-nın işləməyən peyki planetin ətrafında dövr etdikdən sonra Yerə düşüb.
Redaktor.az xəbər verir ki, “ERBS” peyki orbitə 1984-cü ildə buraxılıb.
Peyk 2005-ci ilə qədər tədqiqatçılar üçün Yerin Günəşdən enerjini necə udduğunu və yaydığını anlamağa kömək edib. O, Yerin stratosferində ozon, su buxarı, azot dioksidi və aerozolların konsentrasiyasını ölçüb.
Peykin böyük hissəsinin atmosferdə yanması gözlənilirdi. NASA-nın hesablamalarına görə, peykin Yerdəki infrastruktura ziyan vurma riski çox aşağıdır. Peyk iki illik xidmət müddətini 21 il davam etdirib.