"Rusiya-Asiya əməkdaşlığı Qərb üçün siyasi "kabusdur”" - Diplomat
Rusiya ilə Asiya arasında dinamik şəkildə inkişaf edən münasibətlər anti-Rusiya xəttinə sadiq qalan Qərb üçün siyasi və iqtisadi “kabus”dur.
Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müasir dünya “Qərbin tətbiq etdiyi oyun qaydalarına əməl etmək” istəmir.
“Müsbət yönümlü ölkələr yeni qapalı “həmfikirlərin koalisiyaları”na qoşulmağa, resursları blok sxemlərinə atmağa, Vaşinqton və onun müttəfiqlərinin geosiyasi və geoiqtisadi ambisiyalarını qidalandırmaq üçün tələsmirlər”, - diplomat qeyd edib.
Nərmin VÜQARQIZI