Baydenin şəxsi ofisində məxfi sənədlər tapıldı

 11:37 10.01.2023     269

ABŞ Prezidenti Co Baydenin Vaşinqtondakı Penn Bayden Mərkəzindəki kilidli şkafında 10-a yaxın gizli fayl saxladığı aşkar edilib. ABŞ-ın ədliyyə departamenti prezidentin keçmiş ofisində tapılan potensial məxfi sənədləri nəzərdən keçirir.

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bayden sələfi Donald Tramp prezidentliyindən sonra məxfi sənədləri Floridaya apardığı üçün təhqiqatla üz-üzədir.

Məlumata görə, sənədlər seçkilərdən bir qədər əvvəl ofis yerini təmizləyən Bayden vəkilləri tərəfindən aşkar edilib.

Nərmin VÜQARQIZI